Çində dünyanın ən iri saatı quraşdırılıb

Çində dünyanın ən iri saatı quraşdırılıb
# 20 iyul 2010 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Çinin Qançjou şəhərində (Tszyansi əyaləti) dünyanın ən iri saatı quraşdırılıb.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saatın diametri 12,8 metr təşkil edir ki, bu da Londondakı «Biq-Ben»dən 5 metr çoxdur.

Mexaniki saat 113 metr hündürlüyündə Qançjou şəhərinin mərkəzi parkında qüllə üzərində quraşdırılıb. Saatın siferblatı parkın hər dörd tərəfinə çıxır. Saatın siferblatı üzərində rəqəm əvəzinə 12 zodiak fiquru əks olunub.

Saat Böyük Britaniyada istehsal olunub və ingilis mütəxəssisləri tərəfindən sazlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR