Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
# 07 avqust 2010 16:54 (UTC +04:00)
APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, turizm fəaliyyəti üçün xüsusi razılığı (lisenziya) olmayan şirkətlər Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrə, xüsusilə də Türkiyəyə səfərlərini təşkil edir. Həmin şirkətlər Azərbaycannın müvafiq qanunvericiliyinə zidd olaraq qeyri-qanuni şəkildə əhaliyə qeyri-peşəkar xidmətlər göstərirlər.

Vətəndaşlara tövsiyə olunub ki, turizm şirkətlərinə müraciət edərkən həmin qurumdan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilən xüsusi razılığın (lisenziya) göstərilməsini və müştəri ilə bağlanan müqavilənin imzalanmasını tələb etsinlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR