Ümumdünya Turizm Günü ilə bağlı “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf edək” layihəsi həyata keçiriləcək - FOTO

Ümumdünya Turizm Günü ilə bağlı “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf edək” layihəsi həyata keçiriləcək - <font color=red>FOTO </font>
# 30 avqust 2010 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 3-5 sentyabr tarixlərində Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf Edək” layihəsi həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin turizmin inkişafı sektorunun əməkdaşı Cəfər Qarayevin APA-ya verdiyi məlumata görə, bu layihə 27 sentyabr - Ümumdünya Turizm Günü ilə bağlı keçiriləcək silsilə tədbirlərdən sayılır. C. Qarayev bildirib ki, Ümumdünya Turizm Günü 2001-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təntənəli qeyd edilir. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə həyata keçiriləcək turizm layihəsi çərçivəsində Quba rayonundan Şamaxı rayonuna dağ yolları ilə turizm marşrutu həyata keçiriləcək: “Son illər Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb və hazırda bu illər davam etdirilir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib”. C. Qarayev deyib ki, “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf edək” adı altında keçiriləcək layihədə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Azərbaycan off-roader’s (4x4) klubunun üzvləri, eləcə də daxili turizmlə məşğul olan turizm şirkətlərindən 40-a yaxın nümayəndə iştirak edəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Azərbaycanın Yeni Turist Marşrutlarını Kəşf edək” layihəsinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR