Avropalı turistlər Türkiyəni ən məşhur turizm ölkəsi sayır

Avropalı turistlər Türkiyəni ən məşhur turizm ölkəsi sayır
# 06 sentyabr 2010 10:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropada turizm sahəsində tanınmış nəşrlərdən biri olan «Conde Nast Traveller» jurnalı avropalı turistlər arasında keçirilən sorğu nəticəsində regionun ən məşhur ölkəsini müəyyənləşdirib.

«APA-Economics»in məlumatına görə, sorğu zamanı hotel və kurortlar, qiymət və keyfiyyət nisbəti, yemək və içkilər, mədəniyyət zənginliyi, iqlim, infrastruktur və bu kimi faktorlar nəzərə alınıb. Sorğuya əsasən, Avropanın ən məşhur turizm ölkəsi Türkiyə seçilib. Belə ki, bu ölkə 100 mümkün baldan 94,81 ballı toplayaraq birinci yeri tutub.

İtaliya, İspaniya, Fransa və Yunanıstan kimi ölkələr siyahının müvafiq olaraq 4-cü, 6-cı, 10-cu və 17-ci yerlərində qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR