«Pis turistlər» hotellərə buraxılmayacaq

«Pis turistlər» hotellərə buraxılmayacaq
# 17 sentyabr 2010 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünyada fəaliyyət göstərən 10 mindən artıq hotellər «GuestScan network» adlı mühafizə sistemi yaradacaq ki, sistem mehmanxanaları «pis turistlərdən» qoruyacaq.

«APA-Economics»in məlumatına görə, yeni sistem banklarda kreditlər üzrə borclular siyahısına düşən müştərilər sistemi üsulu ilə işləyəcək.

«Qara siyahı»ya hotellərə zərər vuran, dəsmal və ya digər əşyalar oğurlayan qonaqlar düşəcək. Hər bir turist bir dəfə belə siyahıya düşərsə, orada 2 ildən 4 ilədək adı hallanacaq. Turistlərin adlarının siyahıdan çıxarılması məhkəmə vasitəsilə həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR