Azərbaycan Paris və Tokioda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan Paris və Tokioda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur
# 24 sentyabr 2010 13:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi Fransanın Paris şəhərində keçirilən “Top Resa” və 24-dən 26-dək Yaponiyanın Tokio şəhərində keçirilən “JATA” Beynəlxalq turizm sərgilərində iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgilərdə Nazirliyin, “Cəngi” Estrada Folklor Ansamblının, İmprotex Travel, AL Travel, GEO Travel, ENC Tour, Bakı Tur, Didare Melal, Millennium Touris and Congress, Gilan Turizm turizm şirkətlərinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri Azərbaycanı təmsil edirlər.
Sərgilərdə Azərbaycanın turizm potensialını iştirakçılar və ziyarətçilər arasında təbliğ etmək məqsədi ilə Paris və Tokio şəhərlərinə fransız, yapon və ingilis dillərində reklam çap məhsulları, təbliğ vasitələri aparılıb. Hər iki sərgidə milli üslubda hazırlanmış lövhələr quraşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR