Qafqazda 5 yeni dağ xizək kurortu inşa olunacaq

Qafqazda 5 yeni dağ xizək kurortu inşa olunacaq
# 01 oktyabr 2010 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Şimali Qafqaz Kurortları» ASC Şimali Qafqazda ümumi dəyəri 15 mlrd. ABŞ dolları olan 5 yeni dağ xizək kurortu inşa edəcək.

«APA-Economics»in məlumatına görə, Matlas (Dağıstan), Mamison (Şimali Osetiya), Arxız (Karaçaevo-Çerkesiya), Laqo-Naki (Adıqeya) və Elbrusda (Kabardino-Balkariya) inşa olunacaq kurortlara 14,6 mlrd. dollar vəsait yatırılacaq ki, bunun 8,8 mlrd. dolları institusional investorlar tərəfindən ayrılacaq, 3,8 mlrd. dolları isə banklardan cəlb olunacaq.

Qeyd edək ki, «Şimali Qafqaz Kurortları» ASC-nin 98% səhminə Rusiya hökuməti sahib olacaq və şirkətin nizamnamə kapitalından dövlət tərəfindən 2 mlrd. dollar ayrılacaq. Sözügedən vəsait yol və infrastrukturun tikintisinə yönəldiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR