Antalyada turizm mövsümü noyabrın sonunadək uzadılıb

Antalyada turizm mövsümü noyabrın sonunadək uzadılıb
# 04 oktyabr 2010 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il Antalyada (Türkiyə) turizm mövsümü noyabr ayının sonunadək uzadılıb.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən il Antalyada turizm mövsümü oktyabr ayında bağlı elan olunduğu halda, bu il hotellərdə turistlərin sayının çox olduğundan turizm mövsümü noyabrın sonunadək uzadılıb.

Hazırda Antalyada mehmanxanalar təxminən 90%-dən artıq turistlərlə doludur. Payız mövsümündə Antalyaya gələn turistlər əsasən Almaniya və Mərkəzi Avropa ölkələrindəndir.

Qeyd edək ki, bu ilin iyun ayında bərpa olunan və mövsümi xarakter daşıyan Bakı-Antalya-Bakı birbaşa sərnişin aviareysi artıq sentyabr ayının ortalarında bağlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR