Mədəniyyət və Turizm Nazirliyi: Azərbaycanda otellərin və burada yataq yerlərinin sayı dəfələrlə artmalıdır

Mədəniyyət və Turizm Nazirliyi: Azərbaycanda otellərin və burada yataq yerlərinin sayı dəfələrlə artmalıdır
# 08 oktyabr 2010 13:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın turizm infrastrukturunun lazımi tələblərə cavab verməsi üçün ölkədə otellərin və yataq yerlərinin sayı bundan sonra da artmalıdır. Mədəniyyət və Turizm Nazirliyi daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, bu gün Azərbaycandakı turizm obyektlərində 30 mindən çox yataq yeri var: «Bu azdır, biz gələnlərin sayının çox olmasını istəyiriksə, otaq yerlərinin sayını da artırmalıyıq». Nazirlik rəsmisinin sözlərinə görə, müasir ölkələrin göstəricilərini nəzərə alanda, Azərbaycanda 5-ulduz otellərdə azı 10 min yataq yeri olmalıdır. Qeyd edək ki, indi bu rəqəm 5 dəfə az – 2 mindir.

Xatırladaq ki, bu gün Azərbaycanın müxtəlif yerlərində, ümumilikdə 55-ə yaxın yüksək, orta və aşağı səviyyəli otellər tikilir. Bunların 4-ü Bakıda tikilir və məşhur brendlərə addir.

M.Qhrəmanov ötən ilə nisbətən turizm obyektlərində qiymətlərin 15-20% düşdüyünü də bildirib: «Ola bilər ki, qiymətlər rəqəm kimi dəyişməyib, əvəzində bu məbləğ müqabilində göstərilən xidmətlərin çeşidi artıb. Məsələn 2-3 il bundan əvvəl otel xidmətinə 50 manata yalnız yataq yeri daxil idisə, bu gün həmin məbləğə müasir standartlara cavab verən yataq yeri və gündəlik yemək daxildir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR