Agentlik: "Bərpa işləri Qarabağı turistlər üçün gözəl məkan edəcək"

# 23 iyun 2022 13:36 (UTC +04:00)

"Azərbaycanda turizmin inkişafı üçün geniş potensial mövcuddur. Qarabağ turizm üçün gözəl məkandır. Hazırda aparılan yenidənqurma və bərpa işləri Qarabağı turistlər üçün gözəl məkan edəcək".

APA-nın məlumatına görə, bunu Rumıniya nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyasının iclasında Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov deyib.

O bildirib ki, pandemiya turizm sahəsinə ciddi mənfi təsir edib:

"Rumıniya ilə turizm sahəsində münasibətləri inkiaf etdirmək üçün geniş potensial var. Turizm sənayesinin nümayəndələri arasında görüşlərin keçirilməsi Azərbaycan və Rumıniya arasında bu sahədə əməkdaşlığın inkişafı üçün vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR