Aİ Azərbaycanda aqroturizmin inkişafına dəstək verəcək

Peter Mixalko

© APA | Peter Mixalko

# 17 fevral 2022 11:43 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) və Azərbaycan çox güclü tərəfdaşlıq əlaqələri qurublar.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılmasına dair Bakıda keçirilən seminarda çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

"Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafının əsas aparıcı faktorlarından biridir. Biz Azərbaycanda kənd təsərrüfatına dəstəyimizi davam etdirəcəyik. Bura iqtisadi fəaliyyətin artırılması, o cümlədən istehsal sahələri də daxildir. Əsas məqsədimiz kənd təsərrüfatında aqroturizmin inkişafıdır. Xüsusilə də, kənd yerlərində bu sahənin inkişafının təmin edilməsi bütövlükdə cəmiyyətin inkişafına öz töhfəsini verir", - Mixalko qeyd edib.

Onun sözlərinə görə, bu, eyni zamanda, birbaşa istehsalın artırılması ilə də bağlıdır: "Aqroturizmin inkişafı bütövlükdə ölkənin inkişafına dəstək verir. Biz istəyirik ki, digər sahələrə də öz dəstəyimizi verək. Burada "yaşıl" turizmə keçidlə bağlı addımlar, kiçik və orta biznesə dəstək verilməsi kimi məqamlar var. Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrindən biridir. Bizim əsas təşəbbüslərimizdən biri də təxminən 25 min kiçik biznes subyektinə dəstək göstərməkdir. Bu, kənd yerlərinə də aiddir. Bu sektorun inkişafı göstərir ki, Azərbaycanın kənd aqroturizmi potensialı böyükdür. Tvininq layihəsində Avropanın təcrübəli mütəxəssisləri iştirak edirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR