"Airbnb" Rusiya və Belarusda fəaliyyətini dayandırıb

"Airbnb" Rusiya və Belarusda fəaliyyətini dayandırıb
# 05 aprel 2022 09:45 (UTC +04:00)

Yaşayış evlərinin qlobal onlayn xidməti olan "Airbnb" Rusiya və Belarusdakı istifadəçilərini bron etmək hüququndan məhrum edərək sözügedən ölkələrdə fəaliyyətini dayandırıb.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, Rusiya və Belarusda yaşayış yerlərinin icarəsi dayandırılıb və həmin ölkələrdən gələn qonaqlar da artıq başqa heç bir yerdə bron edə bilməyəcəklər.

Qeyd edilir ki, aprelin 4-dən başlayaraq "Airbnb" üzərindən Rusiya və Belarusdakı bronlar bütövlüklə ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR