Amerikalı səyyah: “Çox şadam ki, Azərbaycan öz torpaqlarını geri qaytarıb”

Amerikalı səyyah: “Çox şadam ki, Azərbaycan öz torpaqlarını geri qaytarıb”
# 17 iyun 2022 10:44 (UTC +04:00)

Azərbaycanın öz torpaqlarını azad etməsinə görə çox şadam.

Bunu APA-ya açıqlamasında amerikalı səyyah Cenet Kristin deyib.

O, işğal dövründə Azərbaycanın milli kimliyinə vurulan zərərin faciəvi olduğunu vurğulayıb.

“Azərbaycanda daha əvvəl olmamışam, bura çox gözəl ölkədir. Gözəl təbiəti və gözəl iqlimi var. Bu əraziləri geri qaytardığınız üçün çox bəxtəvərsiniz. Mən çox şadam ki, siz öz torpaqlarınızı geri qaytarmısınız. Mən bu dağıntılara baxdığım zaman daşları, qayaları görürəm, lakin burada bir mədəniyyət var, bu vəziyyət məni çox incidir. Burada sizin milli kimliyinizə faciəvi zərər vurulub. Siz bu yerlərin qayğısına qalaraq çox böyük işlər görürsünüz”, - səyyah vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR