AZAL Naxçıvana uçuşlarla bağlı sərnişinlərə müraciət edib

AZAL Naxçıvana uçuşlarla bağlı sərnişinlərə müraciət edib
# 18 dekabr 2022 17:03 (UTC +04:00)

Naxçıvan şəhəri üzərində davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən dekabrın 18-i "Azərbaycan Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə həyata keçiriləcək bütün reysləri təxirə salınıb.

AZAL sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Bu barədə APA-ya Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat daxil olub.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR