Azərbaycan "Dünya Səyahət Bazarı-2022”də iştirak edir

Azərbaycan "Dünya Səyahət Bazarı-2022”də iştirak edir
# 07 noyabr 2022 19:04 (UTC +04:00)

Azərbaycan "Dünya Səyahət Bazarı-2022” sərgisində iştirak edir.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Azərbaycan Turizm Bürosunun (Azerbaijan Tourism Board) təşkilatçılığı ilə ölkənin turizm potensialının dünyamiqyaslı təbliğatı məqsədilə 7-9 noyabr tarixlərində Londonda keçirilən “World Travel Market -2022” sərgisində Azərbaycan iştirak edir.

Dünya turizm sənayesində əhəmiyyətli yerə malik olan “World Travel Market” sərgisi hər il təşkil olunmaqla dünyanın müxtəlif qitələrindən turizm sahəsinin mütəxəssislərini bir araya toplayaraq turizm imkanlarının tanıtımı və qarşılıqlı dialoq üçün ən güclü platformalardan biri kimi çıxış edir.

Qeyd edək ki, Azərbaycan 2002-ci ildən etibarən sözügedən sərgidə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR