Azərbaycan turistləri üçün Hindistana cəlbedici səyahət paketləri təqdim edilə bilər

Azərbaycan turistləri üçün Hindistana cəlbedici səyahət paketləri təqdim edilə bilər
# 26 iyul 2022 14:59 (UTC +04:00)

Son illər Hindistandan Azərbaycana turist axını xeyli artsa da, Azərbaycandan Hindistana hələ də çox az sayda ziyarətçi var.

"APA-Economics" xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar Azərbaycan və Hindistan arasında turizm sahəsində fəaliyyət göstərən şirkətlərin onlayn B2B görüşündə çıxış edərkən deyib. Onun sözlərinə görə, buna səbəb Hindistanda Azərbaycandan gələn qonaqların gedə biləcəyi çoxlu sayda cəlbedici yerlər haqqında məlumatın olmamasıdır.

"Ona görə də ümid edirəm ki, bugünkü mübadilələr və təqdimatlar vasitəsilə biz Azərbaycandakı əsas maraqlı tərəflərə daha çox məlumat verə biləcəyik və Hindistana gələn qonaqları qəbul etməyə daha yaxşı hazırlaşacağıq. "Azərbaycan Hava Yolları" bu yaxınlarda avqustun 9-dan etibarən həftədə iki dəfə Bakı və Dehli arasında birbaşa reyslərin açıldığını elan edib. İnanıram ki, AZAL-ın bu açıqlaması iki ölkə arasında turizm əməkdaşlığının inkişafına təkan verəcək və bu, Bakı ilə Dehli arasında səyahət vaxtını 4 saatdan bir qədər çox azaldacaq",- deyə Vinay Kumar qeyd edib.

O, həmçinin Hindistandakı tur operatorlarından bu fürsətdən yararlanmağı və cəlbedici səyahət paketləri təqdim etməyi xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR