Azərbaycana gələn əcnəbilərin sayı 2,1 dəfə artıb

Azərbaycana gələn əcnəbilərin sayı 2,1 dəfə artıb
# 22 aprel 2022 12:51 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 246,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gələnlərin 27,4%-i Rusiya Federasiyası, 24,7%-i Türkiyə, 14,4%-i İran, 5,8%-i Gürcüstan, 3,4%-i Ukrayna, hər birindən 3,1% olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, 2%-i Pakistan, 1,6%-i Küveyt, 1,3%-i Qazaxıstan, hər birindən 1,2% olmaqla Hindistan və Böyük Britaniya, hər birindən 0,8% olmaqla Almaniya və Oman, hər birindən 0,7% olmaqla Belarus və ABŞ, hər birindən 0,6% olmaqla İsrail və Özbəkistan, 6,6%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 79,7%-ni kişilər, 20,3%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 649,0 dəfə, Səudiyyə Ərəbistanından - 168,5 dəfə, Küveytdən - 167,1 dəfə, Bəhreyndən - 50,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 47,7 dəfə, Pakistandan - 29,5 dəfə, Hindistandan - 11,0 dəfə, İsraildən - 6,3 dəfə, ABŞ-dan - 5,6 dəfə, Qazaxıstandan - 3,6 dəfə, Fransadan - 3,5 dəfə, Ukraynadan - 3,0 dəfə, Böyük Britaniyadan - 2,2 dəfə, İrandan - 1,9 dəfə, Türkiyədən - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 14,9 faiz artıb.
2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,0 dəfə artaraq 58,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 10,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 84,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54%-i hava, 44,2%-i dəmir yolu və avtomobil, 1,8%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR