Azərbaycana ötən ay gələn əcnəbilərin sayı iki dəfədən çox artıb

Azərbaycana ötən ay gələn əcnəbilərin sayı iki dəfədən çox artıb
# 24 fevral 2022 12:08 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın 128 ölkəsindən 74,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gələnlərin 35,3%-i Rusiya Federasiyası, 24,1%-i Türkiyə, 12,9%-i İran, 5,6%-i Gürcüstan, 4,1%-i Səudiyyə Ərəbistanı, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Ukrayna, hər birindən 1,1% olmaqla Böyük Britaniya və Küveyt, 0,9%-i Qazaxıstan, 0,8%-i Oman, hər birindən 0,6% olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5% olmaqla Belarus və İsrail, 6,6%-i digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 81,2%-ni kişilər, 18,8%-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından – 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan – 8,5 dəfə, İsraildən – 7,1 dəfə, ABŞ-dan – 3 dəfə, Qazaxıstandan – 2,7 dəfə, Rusiya Federasiyasından – 2,1 dəfə, Ukraynadan – 2 dəfə, İrandan – 2 dəfə, Fransadan – 2 dəfə, Türkiyədən – 1,7 dəfə, Böyük Britaniyadan – 1,5 dəfə artıb, Gürcüstandan gələnlərin sayı isə 3% azalıb.

2021-ci ilin yanvar ayı ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 16,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 29,5 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 2,8 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4%-i dəmir yolu və avtomobil, 55,5%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR