Azərbaycana Yaxın Şərq və Mərkəzi Asiyadan turistlər cəlb ediləcək

Azərbaycana Yaxın Şərq və Mərkəzi Asiyadan turistlər cəlb ediləcək
# 07 dekabr 2022 10:39 (UTC +04:00)

"Yaxın Şərq və Mərkəzi Asiyadan olan turistləri cəlb etməyi prioritet seçmişik".

APA xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Hotel Assosiasiyasının V Baş Assambleyasında deyib.

O bildirib ki, xüsusən Asiya bazarlarını cəlb etmək çətindir:

“Lakin brendimiz sayəsində ordan turizm axınına nail ola biləcəyimizə inanıram. Əvvəl Azərbaycanı sadəcə neftinə görə tanıyırdılar. İndi isə brendin yeni elementləri var. Xüsusən də yaşıl iqtisadiyyat, milli ənənələr, mətbəxə köklənməliyik. Həmçinin 2023-cü ildə brendə yeni elementlər daxil edəcəyik".

Florian Zenqstşmid onu da qeyd edib ki, 2022-ci ildə qlobal turizm geri qayıdıb:

“Təxminlər göstərirdi ki, turizm sahəsində geri dönüş olacaq. Lakin bu qədər sürətli olacağını gözləmirdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR