Azərbaycanda mehmanxanaların sayı 5% artıb

Azərbaycanda mehmanxanaların sayı 5% artıb
# 12 sentyabr 2022 13:28 (UTC +04:00)

Ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin, otaqların və çarpayı yerlərinin sayı 2021-ci ildə cəmi 5% artıb.

Bu barədə APA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2021-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrin sayında nəzərə çarpan artım müşahidə olunmayıb.

"2021-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2020-ci illə müqayisədə 5% artaraq 685 müəssisə təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yerləşən mehmanxana və mehmanxana tipli müəssisələrin 33%-i Bakıda yerləşir. 2020-ci illə müqayisədə Bakıdakı mehmanxana və mehmanxana tipli müəssisələrin sayında 7% artım qeydə alınıb. Regionlarda ən çox mehmanxana və mehmanxana tipli müəssisə Xaçmaz (56), Masallı (31), Quba (26) və Lənkəranda (25) yerləşir. Ölkədəki mehmanxana və mehmanxana tipli müəssisələrin sayı ilə yanaşı, otaq və yataq yerlərinin də sayının böyük hissəsi Bakıya məxsusdur. Qeyd edilən göstəricilər müvafiq olaraq 47% və 41% faiz təşkil edir. Qeyd edilməlidir ki, Gəncə, Lənkəran və İsmayıllı şəhərlərindən başqa digər şəhərlərdə mehmanxanaların, otaqların və çarpayı yerlərinin sayında 2020-ci il illə müqayisədə artım müşahidə edilməyib" - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR