Azərbaycanın qış turizmi üçün hədəfləri açıqlanıb

Günel Bədəlova

© APA | Günel Bədəlova

# 18 dekabr 2022 15:03 (UTC +04:00)

Növbəti ildə Azərbaycanın qış turizmi üçün hədəfləri açıqlanıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova Azərbaycanda qış turizminin potensialı və "Şahdağ" Turizm Mərkəzinin qış mövsümünə hazırlığına həsr olunan təqdimat mərasimində məlumat verib.

O bildirib ki, yaxın perspektivdə 3 əsas istiqamət müəyyənləşdirilib.

"Türkiyə ilə qış turizminin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq və təcrübə mübadiləsi aparılacaq. Xarici media nümayəndələri (blogerlər, influencerlər) və aparıcı qış turizm operatorları üçün 2023-cü ilin yanvar-fevral aylarında tanıtım səfərinin təşkili nəzərdə tutulub. Həmçinin qonşu ölkələrlə mübadilə fəaliyyətləri planlaşdırılıb" - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR