Azərbaycanın turizm və ictimai iaşə sektoru 26%-dək artıb

Azərbaycanın turizm və ictimai iaşə sektoru 26%-dək artıb
# 16 dekabr 2021 10:40 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda cari qiymətlərlə 1,001 mlrd. manat həcmində ÜDM istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sözügedən sektorda real ÜDM illik müqayisədə 25,6% artıb. Turizm və ictimai iaşə sektorunun istehsalı ölkənin nominal ÜDM-nin 1,2%-nə bərabər olub.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında turizm və ictimai iaşə sektoruna 89,5 mln. manat həcmində investisiya yönəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,3% çoxdur. Bu məbləğ əsas kapitala yönəldilmiş vəsaitlərin cəmi 0,8%-inə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR