Bakıda Hindistan məhsullarının ən böyük ticarət sərgisi keçiriləcək

Bakıda Hindistan məhsullarının ən böyük ticarət sərgisi keçiriləcək
# 31 avqust 2022 12:51 (UTC +04:00)

Bakıda "Best of India" (Hindistanın ən yaxşıları) - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi keçiriləcək.

APA Hindistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, sərginin açılışı sentyabrın 2-də baş tutacaq.

Hindistan İxrac Təşkilatları Federasiyası və Hindistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçiriləcək sərgi sentyabrın 12-dək (11:00-19:00-dək) davam edəcək.

Səfirlikdən bildirilib ki, xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək keyfiyyətli dəb, tekstil və həyat tərzi məhsullarını dünyaya tanıdır.

Hindistanın Səfirliyinin Müvəqqəti İşlər Vəkili Vinay Kumar bildirib ki, “Best of India” sərgisinin doqquzuncu buraxılışı olacaq bu ilki sərgidə özünün düyü, çay, ədviyyat, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 65-ə yaxın şirkəti iştirak edəcək. Kumarın sözlərinə görə, tədbirin əsas marağı sərginin ilk üç günü saat 13:00-dən saat 16:00-ya qədər davam edəcək “Hindistan yaradıcılığı səhnədə” Ekslüziv canlı Dəb Nümayişi olacaq. Bütün bunlar ziyarətçilər üçün ödənişsiz təqdim olunacaq/ O deyib ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə əlavə dəyər qatacaq.

Sərgiyə giriş ödənişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR