Banqladeşin turizm naziri Azərbaycana təşəkkür edib

Banqladeşin turizm naziri Azərbaycana təşəkkür edib
# 28 iyun 2022 11:02 (UTC +04:00)

“Azərbaycan Respublikasının hökumətinə belə gözəl tədbiri təşkil etdiklərinə görə təşəkkür edirəm. Dünya son bir neçə ildir pandemiyadan əziyyət çəkir. Bu, səyahət turizminə də təsirsiz ötüşmədi. Mən İƏT ölkələrinə bu sahədə birgə fəaliyyət göstərdiklərinə görə minnətdarlığımı bildirirəm”.

APA xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasında 10-cu sessiyanın sədri, Banqladeşin turizm naziri Şahcəlal Xan deyib.

O deyib ki, turizm ölkələrin inkişafına böyük töhfə verə biləcək bir sahədir:

“Banqladeşdə 60-dan çox məscid var. İslam turizmi Banqladeşdə kifayət qədər əlçatandır. Daka məscidlər şəhəridir. Pandemiyanın turizm sahəsinə mənfi təsirlərini aradan qaldırmaq üçün bir sıra vacib işlər görməliyik. İkitərəfli, çoxtərəfli əməkdaşlığı gücləndirməli, investisiya imkanlarını artırmalı, səyahətlə bağlı qaydaların sadələşdirilməsi istiqamətində işlər görməli, İƏT üzv ölkələrinin dünyaya tanıdılması istiqamətində birgə fəaliyyət göstərməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR