Beynəlxalq səyahətçi: Azərbaycan ərazilərinin bu şəkildə dağıdılması çox məyusedicidir

Ulla Gytel

© APA | Ulla Gytel

# 11 may 2023 17:50 (UTC +04:00)

“Yüzdən artıq ölkəni ziyarət etmişəm, Azərbaycana ilk gəlişimdir. Düşünürəm ki, ölkənin bir hissəsinin bu şəkildə dağıdılmasını görmək çox məyusedicidir”.

Bunu APA-nın Qarabağ bürosuna işğaldan azad edilmiş ərazilərə səfər edən İsveçdən olan beynəlxalq səyahətçi Ulla Gytel bildirib.

“Biz burada bərpa və minadan təmizləmə işləri görən insanları görürük. Dağıntılara gəldiksə isə, bənzər şeyləri Pakistanda da görmüşəm, lakin ərazilərin minalardan təmizlənməsi və onların partlamasını ilk dəfədir ki, görürəm. Mən ərazilərin bərpası və ətraf mühitin qorunmasının tərəfdarıyam”, deyə isveçli səyyah vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR