Beynəlxalq səyyahlar Füzuli şəhərində olub - FOTO - YENİLƏNİB

Beynəlxalq səyyahlar Füzuli şəhərində olub - FOTO  - YENİLƏNİB
# 09 sentyabr 2022 09:42 (UTC +04:00)

Beynəlxalq səyyahların növbəti dayanacağı Füzuli şəhərinin mərkəzi olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaqlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib.

Bildirilib ki, on minlərlə azərbaycanlı erməni işğalı zamanı məcburi köçkün düşüb.

Qeyd olunub ki, köçkünlərin böyük əksəriyyəti evlərinə qayıtmaq arzusundadır.

Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı Xüsusi Nümayəndəliyinin əməkdaşı Araz İmanov qonaqlara qarşı tərəfdə yeni şəhər mərkəzinin əsasının qoyulduğu tikinti ərazisini də göstərib.

***

09:30

Beynəlxalq səyyahlar Füzulidəki məscidini ziyarət ediblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı Xüsusi Nümayəndəliyinin əməkdaşı Araz İmanov səyyahlara Merdinli kəndindəki dağıntılar barədə məlumat verib.

Xüsusilə qeyd edib ki, işğal müddətində azərbaycanlıların qəbirləri və məscidləri dağıdılıb.

Qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin başçılıq etdiyi nümayəndə heyəti Füzulidən öncə Ağdam və Şuşa şəhərində də olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR