Bu il Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 500 min nəfəri ötüb

Bu il Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 500 min nəfəri ötüb
# 23 dekabr 2022 11:50 (UTC +04:00)

"Bu vaxta qədər Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı 500 min nəfəri ötüb".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib.

O bildirib ki, il hələ başa çatmayıb və ziyarətçi sayı artmaqdadır:

"2019-cu ildəki göstəricilərə yeni yaxınlaşmışıq. Hədəfimiz qısa zamanda bir milyondan çox azərbaycanlı turistin ölkəmizi ziyarət etməsidir. Təbii ki, bu təktərəfli deyil. Türkiyədən də Azərbaycana səfər edənlərin sayının artırılması istiqamətində hansı tədbirlərin görülə biləcəyini nəzərdən keçirik".

Nadir Alpaslan əlavə edib ki, bu mənada səyahətin rahat, qiymətlərin daha əlçatan olması çox vacibdir.

""Türk Hava Yolları" hazırda həftədə 30-a yaxın uçuş həyata keçirir. Bunun daha da artması vacibdir. "Pegasus" da, "AZAL" da bu istiqamətdə çalışır. Sadəcə Bakı deyil, Gəncə və Naxçıvana da uçuşlar həyata keçirilir. Bu istiqamətlərdə reyslərin artırılması, o cümlədən qiymət və rahatlığın daha əlverişli vəziyyətə gətirilməsi iki ölkə arasında səyahətlərin artırılması baxımından olduqca önəmlidir. Azərbaycandan Antalya, Bodrum başda olmaqla Türkiyənin tətil bölgələrinə maraq böyükdür. Azərbaycanda isə güclü tədbir turizmi infrastrukturu var. Ortaq təbliğat nəticəsində iki ölkə arasında səfər turist axınının daha da artırılmasına nail olacağımızı düşünürəm" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR