Bu il Şuşada kulinariya günlərinin keçirilməsi nəzərdə tutulub.
APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, həmçinin işğaldan azad olunmuş digər ərazilərdə də turizmin inkişafı istiqamətində işlər aparılır:
"Tuğda Qastronomiya Mərkəzinin açılması nəzərdə tutulur".