Bu il turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 mln. manat güzəştli kredit verilib

Bu il turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 mln. manat güzəştli kredit verilib
# 29 iyun 2022 16:24 (UTC +04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək 234 turizm layihəsinin maliyyələşdirilməsi məqsədilə 60,3 mln manat güzəştli kredit vəsaiti ayrılıb və bu layihələrin reallaşdırılması 5 mindən artıq yeni iş yerinin açılmasına imkan yaradır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu ilin ötən dövrü ərzində isə turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 mln. manat güzəştli kredit verilib və bu kreditlər hesabına 39 yeni iş yeri yaradılması nəzərdə tutulur.

Turizm layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda daxil olan müraciətlərin əksəriyyəti kənd turizminin inkişafı, otel, mehmanxana və qonaq evinin yaradılması və ya genişləndirilməsi, sanatoriya və müalicə sağlamlıq mərkəzinin təşkili ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR