Dehli-Bakı aviareysinin bərpası turist axınından asılı olacaq

Dehli-Bakı aviareysinin bərpası turist axınından asılı olacaq
# 17 fevral 2022 14:55 (UTC +04:00)

Hindistandan Azərbaycana birbaşa uçuşların bərpası turistlərin axınına görə müəyyənləşəcək.

Bunu “APA-Economics”ə Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar deyib.

Onun sözlərinə görə, ölkələr arasında birbaşa aviareyslər pandemiya səbəbindən ləğv olunub.

“Hindistan Azərbaycan vətəndaşlarına vizaların verilməsini artıq bərpa edib. Bildiyiniz kimi, pandemiya səbəbindən ölkələr arasında uçuşlar dayandırılıb. Uçuşların bərpası turist axınına uyğun olaraq müəyyənləşdiriləcək”, - deyə V. Kumar qeyd edib.

Xatırladaq ki, pandemiyadan öncə iki ölkə arasında Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlar yerinə yetirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR