2026-cı ilə qədər Azərbaycanın turizm gəlirləri 4 dəfə artacaq

2026-cı ilə qədər Azərbaycanın turizm gəlirləri 4 dəfə artacaq
# 08 dekabr 2022 10:47 (UTC +04:00)

“İlin əvvəlindən verdiyimiz proqnoz özünü doğruldub və turizm sənayesi 50 faiz bərpa olunub”.

APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı deyib.

O bildirib ki, turizmin inkişafı üçün 10 istiqamət müəyyənləşdirilib:

"Bu istiqamətlər 2022-2026-cı illər Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib. Hədəfimiz 2026-cı ilə qədər xaricdən turist axınını 4 milyon nəfərə, daxili turizmi isə 6 milyon nəfərə çatdırmaqdır. Hesab edirik ki, 2026-cı ilə qədər turizm gəlirləri 4 dəfə artaraq 11,2 milyard manata çatacaq və bunun da 5,5 milyard manatı əcnəbi turistlərin xərcləmələrinin payına düşəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR