DTA: Heç bir biznes subyektinin fəaliyyəti qadağan edilə bilməz, turizm sənayesində belə yanaşma yoxdur

DTA: Heç bir biznes subyektinin fəaliyyəti qadağan edilə bilməz, turizm sənayesində belə yanaşma yoxdur
# 05 may 2023 12:34 (UTC +04:00)

Heç bir biznes subyektinin fəaliyyəti qadağan edilə bilməz, turizm sənayesində belə bir yanaşma yoxdur.

APA xəbır verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib. O bildirib ki, biznesə daxil olmaq azaddır və VÖEN qeydiyyatına duraraq turizm sahəsinə daxil olmaq mümkündür:

"Turizm sahəsinə daxil olduqdan sonra müəyyən qaydalar var ki, onlara əməl etmək lazımdır. Qaydalara əməl edilməməsi isə qanunvericiliyə əsasən müəyyən cərimələrlə sanksiyalaşdırılır. Turizm bələdçilərinə münasibətdə hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Yanaşma bundan ibarətdir ki, turizm bələdçilərini turizm reyestrindən qeydiyyatdan keçmək üçün təşviq etmək lazımdır. Bu baxımdan turizm reyestrindən qeydiyyatdan keçən, eyni zamanda bələdçilik sertifikatına malik olan turizm bələdçilərinin ölkəboyu muzeylərə, qalareyalara girişinin pulsuz olması təşviqi yanaşma kimi götürülüb. Təşviqimiz ondan ibarətdir ki, sənayedə olan bütün turizm bələdçiləri mərhələli şəkildə sertifikatlaşdırmaya getsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR