DTA: Küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır

DTA: Küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır
# 06 iyun 2023 11:46 (UTC +04:00)

Milli küçə yeməklərinin hazırlanması istiqamətində konsepsiya üzərində iş aparılır.

APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu çərçivədə qutabın müxtəlif növlərinin təqdim olunması nəzərdə tutulur:

"Təəssüf ki, bizdə küçə yeməyi deyəndə dönər və lahmacun başa düşülür. Bu da Türkiyə mətbəxinə aiddir. Bizim milli yeməklərin də "street food" modelinin hazırlanması önəmlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR