DTA-nın binasında Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub - FOTO

DTA-nın binasında Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub  - FOTO
# 05 oktyabr 2022 13:05 (UTC +04:00)

Dövlət Turizm Agentliyinin inzibati binasında I Qarabağ müharibəsinin iştirakçısı olmuş Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılışı olub.

APA xəbər ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Nəsimi rayon icra başçısı, Milli Qəhrəmanın ailə üzvləri, qazilər iştirak ediblər.

Qeyd edək ki, Sərdar Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. 1991-ci il 25 sentyabrda erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum ediblər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalıb. Sərdar Səfərov yoldaşlarını xilas edərək qəhrəmancasına şəhid olub. O, Kəlbəcər rayonunda dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR