Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

Dubay-Mahaçqala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib
# 12 fevral 2023 10:56 (UTC +04:00)

"flyDubai" aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə APA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

"Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Sərnişinlər və heyət hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR