Dünyanın yaşamaq üçün ən bahalı şəhərlərinin adı açıqlanıb

Dünyanın yaşamaq üçün ən bahalı şəhərlərinin adı açıqlanıb
# 10 iyul 2022 12:05 (UTC +04:00)

2022-ci ilin birinci yarısında dünyanın hansı şəhərlərinin yaşamaq üçün ən bahalı olduğu açıqlanıb.

APA xəbər verir ki, bunu Numbeo analitik xidməti hesablayıb.

Belə ki, birinci yeri Bermud adalarının paytaxtı Hamilton tutub. İlk 10-luğa İsveçrənin Bazel, Sürix, Zuq, Lozanna, Bern və Cenevrə şəhərləri və Amerikanın Honolulu, Santa Barbara və Nyu-York şəhərləri daxildir.

Rusiya şəhərlərinin yaşayış dəyəri baxımından əhəmiyyətli dərəcədə aşağı olduğu ortaya çıxıb. Peterburq 279-cu, Moskva - 287, Yekaterinburq - 298, Kazan - 300, Novosibirsk - 301, Krasnodar - 313, Nijni Novqorod - 316, Rostov-na-Donu - 345-ci sırada idi.

Daha əvvəl məlumat verilmişdi ki, Çukotkadakı Anadır 2021-ci ildə Rusiyada yaşamaq üçün ən bahalı şəhər, İnquşetiyadakı Nazran isə ən ucuz şəhər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR