FlightAware: Omicron ştamına görə bir gündə 2 850 təyyarə reysi ləğv edilib, 9 mini təxirə salınıb

FlightAware: Omicron ştamına görə bir gündə 2 850 təyyarə reysi ləğv edilib, 9 mini təxirə salınıb
# 26 dekabr 2021 13:33 (UTC +04:00)

ABŞ-ın təyyarə uçuşlarına nəzarəti həyata keçirən FlightAware platforması dekabrın 25-də bütün dünyada 2 850 təyyarə reysinin ləğv edildiyini elan edib.

APA bildirir ki, bu barədə CNN Türk xəbər yayıb.

Məlumatda o da qeyd olunur ki, eyni gündə 9 minə yaxın təyyarə reysi də təxirə salınıb.

İzah edilir ki, bu qərarlara yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamı səbəb olub.

Belə ki, Omicron ştamının uçuş heyətinə təsir göstərməsi və hava yollarının qeyri-kafi kadrlarla işlədiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR