İƏT ölkələrinin turizm nazirləri Şuşaya səfər edəcəklər

Fuad Nağıyev

© APA | Fuad Nağıyev

# 28 iyun 2022 10:44 (UTC +04:00)

“Biz İƏT-ə üzv ölkələrlə ikitərəfli münasibətlərimizə xüsusi diqqət yetiririk”.

APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Azərbaycana səfər edən turistlərin 55 faizini İƏT ölkələrindən gələnlər təşkil edir:

"Pandemiya turizmə böyük zərər vurub. Post-pandemiya bu sahənin inkişafı üçün yeni çağırışlar dövrüdür. Qarşılıqlı fəaliyyətlərimiz turizmin dayanıqlılığını gücləndirməyə imkan verəcək”.

Agentlik sədri deyib ki, Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarını azad edib:

“Lakin bu müddət ərzində Qarabağın mədəni, dini abidələrinin əksəriyyəti məhv edilib. Hazırda işğaldan azad edilmiş torpaqlarda iri miqyaslı bərpa-quruculuq işləri aparılır. Sabah Şuşaya səfərimiz zamanı görülən quruculuq işləri ilə tanış ola biləcəksiniz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR