İran Azərbaycandan olan turistlər üçün xüsusi güzəşt proqramı hazırlayır

İran Azərbaycandan olan turistlər üçün xüsusi güzəşt proqramı hazırlayır
# 11 may 2022 16:54 (UTC +04:00)

Azərbaycandan olan turistlər üçün daha çox güzəştlərin tətbiq edilməsinə qərar vermişik.

Bunu İranın mədəni irs və turizm nazirinin müavini Əliəsgər Şalbafian Mazandaran əyalətinin Sari şəhərində "Sari 2022" adlı turizm tədbiri çərçivəsində APA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsində məqsəd İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşlarının bir-birinin turizm bölgələri ilə yaxından tanış olması və səfərlərinin asanlaşdırılması məqsədilə baş tutur.

İranın azərbaycanlı turistlərlə bağlı proqramlarından danışan Şalbafian qeyd edib ki, İran Azərbaycandan olan turistlər üçün xüsusi güzəştli proqramı hazırlayır.

“Azərbaycan vətəndaşlarının İranda müalicə xidmətlərindən bəhrələnməsi, turizm bölgələrinə və ziyarətgahlara səfərlərinin təşkili bu proqramda yer alıb. Həmin səfərlərin təşkilinin asanlaşdırılması üçün çalışırıq”.

O, İran və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi zərurətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR