İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakı aeroportunda məcburi eniş edib

İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakı aeroportunda məcburi eniş edib
# 15 yanvar 2023 10:44 (UTC +04:00)

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb.

Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR