İsveçli səyyahlar Ağdam Şəhidlər xiyabanında olublar - FOTO - YENİLƏNİB

İsveçli səyyahlar Ağdam Şəhidlər xiyabanında olublar - FOTO  - YENİLƏNİB
# 11 may 2023 17:44 (UTC +04:00)

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının nümayəndə heyətinin Ağdama səfəri davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Ağdam Şəhidlər xiyabanını ziyarət edib.

Qonaqlara məlumat verilib ki, işğal dövründə ermənilər məzar daşların sökərək aparıb, qəbirləri qazaraq təhqir ediblər.

***

16.40

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının heyətinin Ağdama səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyətinə Ağdamın işğal tarixi, ermənilərin yaşayış məntəqələrini xarabalığa çevirmələri, tarixi, mədəni abidələri dağıtmaları barədə məlumat verilib.

Qeyd edək ki, nümayəndə heyəti bu gün Xocavənd və Füzulidə olub. Heyətin 3 gün ərzində həmçinin Tərtər Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) rayonlarına səfər etmələri planlaşdırır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 1-i isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.

Bu səfərlər çərçivəsində 200-dən çox dünyada tanınan səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.

Hazırda İsveçdən gəlmiş heyətdə 30 nəfərdən çox beynəlxalq səyahətçi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR