İsveçli səyyahlar Kəlbəcərdə olub, daha sonra Laçına səfər ediblər

İsveçli səyyahlar Kəlbəcərdə olub, daha sonra Laçına səfər ediblər
# 12 may 2023 15:20 (UTC +04:00)

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının heyəti bu gün Kəlbəcər rayonuna səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti Kəlbəcərdə işğal dövründə ermənilərin törətdiyi dağıntıları izləyib. Onlara Kəlbəcərin tarixi, turizm potensialı barədə məlumat verilib.

Heyət Kəlbəcərdən sonra Laçına səfər edib.

Qeyd edək ki, nümayəndə heyəti ötən gün Xocavənd, Füzuli və Ağdamda olub. Heyətin 3 gün ərzində həmçinin Tərtər, Zəngilan-Cəbrayıl rayonlarına səfər etmələri planlaşdırır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 1-i isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.

Bu səfərlər çərçivəsində 200-dən çox dünyada tanınan səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.

Hazırda İsveçdən gəlmiş heyətdə 30 nəfərdən çox beynəlxalq səyahətçi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR