Kanadalı səyyah: Qarabağ 1-2 il ərzində turizm üçün hazır olacaq

Kit Reyes

© APA | Kit Reyes

# 08 sentyabr 2022 17:34 (UTC +04:00)

“Açığı desəm, buradan nə gözləyəcəyimi bilmirdim”.

Bunu APA-ya açıqlamasında Kanadadan olan səyyah Kit Reyes bildirib.

Daha əvvəl Azərbaycanda olduğunu deyən səyyah, Qarabağa ilk dəfə gəldiyini vurğulayıb: “İndiyədək gördüyüm mənzərə çox gözəldir. Dağları sevirəm. Maraqlı təcrübə oldu. Bugünkü və sabahkı Qarabağ gəzintisində daha çox yer görmək üçün səbirsizlənirəm. İndiyədək 125 ölkədə olmuşam. Dünyada haqqında eşitmədiyim, olmadığım yer tapmaq çətindir. Ancaq Qarabağın turizm potensialı barədə çox məlumat yoxdur. Düşünürəm ki, bu bölgə yaxın 1-2 il ərzində turizm üçün hazır olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR