“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır

“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır
# 04 iyun 2022 12:46 (UTC +04:00)

“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

İclasda Dövlət Turizm Agentliyinin əməkdaşı tərəfindən “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nın təqdimatı olub. O, Daşaltı turizm sektorunun inkişaf göstəriciləri üzrə proqnozlar və investisiya mühitinin əlverişliliyinin artırılması, tələb olunan maliyyə mexanizmləri barədə ətraflı məlumatlar verib.

O da qeyd edilib ki, Dövlət Turizm Agentliyi tərəfindən cari ilin may ayında Kəlbəcər rayonunun İstisu qəsəbəsinin turizm əsaslı uzunmüddətli və davamlı inkişafı istiqamətində ərazilərə baxış keçirilmiş, hədəflər, istiqamətlər müəyyən edilmiş və Kəlbəcər rayonunun çoxşaxəli turizm potensiallı olduğunu nəzərə alaraq, hazırda ərazidə turizm resurslardan səmərəli istifadə, strateji hədəflər, turizm növləri, turizm və rekreasiya zonalarının inkişafı istiqamətlərini özündə əks etdirəcək “Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR