Manama-Bakı aviareysi bərpa olunur

Manama-Bakı aviareysi bərpa olunur
# 23 dekabr 2021 12:51 (UTC +04:00)

2022-ci ilin 6 yanvar tarixindən Bəhreyn Krallığının milli aviadaşıyıcısı "Gulf Air" şirkəti paytaxt Manamadan Bakıya birbaşa reyslərini bərpa edəcək.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

"Gulf Air"in icraçı direktoru Vəlid Əl-Ələvi bildirib ki, aviaşirkət 2018-ci ildən bəri Bəhreynlə Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirir və bu aviareys "Gulf Air" şəbəkəsi daxilində ən populyar istiqamətlərdən biri olub.

Qeyd edək ki, hazırda COVID-19 pandemiyası səbəbi ilə "Gulf Air" pandemiyadan əvvəlki reyslərinin 80%-dən bir qədər çoxunu həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR