Ölkədaxili səfərlərdə yerli turistlərin sayı 167% artıb

Ölkədaxili səfərlərdə yerli turistlərin sayı 167% artıb
# 12 sentyabr 2022 13:22 (UTC +04:00)

2021-ci ildə ölkədaxili səfər etmiş yerli turistlərin sayı 2020-ci illə müqayisədə 167% artaraq 3,4 milyona çatıb.

Bu barədə APA-ya Dövlət Turizm Agentliyindən xəbər verilib.

Bildirilib ki, ölkədaxili həyata keçirilən səfərlərin sayı isə 2020-ci illə müqayisədə 152% artıb.

Yerli turistlərin əsas hissəsi dost-qohum ziyarəti məqsədilə ölkədaxili səfərlər həyata keçirib (49%).

24% ziyarətçi istirahət məqsədilə, 11% işgüzar, 8% sağlamlıq və yerdə qalan 8% isə alış-veriş, dini və digər məqsədlərlə ölkədaxili səfərlər həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR