Orxan Fikrətoğlu: Azərbaycanın milli "street food"u hazırlanacaq

Orxan Fikrətoğlu: Azərbaycanın milli "street food"u hazırlanacaq
# 10 mart 2023 12:39 (UTC +04:00)

"Bu günə qədər Azərbaycanın rəmzinə çevrilən küçə yeməyi, yəni "street food"u yoxdur".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu deyib.

O bildirib ki, Azərbaycanın küçə yeməyinin nəinki ölkədə, eyni zamanda Qafqazda və dünyada dəb halına salınması üzərində işləyirlər:

"Təbii ki, Azərbaycan yeməklərinin ənənədə qalmasının tərəfdarıyıq. Nənələrimizin bişirdiyi yeməklər dəyişdirilməməli, kiminsə ağız dadına uyğun formalaşdırılmamalıdır. Bu, milli irsdir və bunu qoruyuruq. Ona görə də bu yeməklərin pasportlarının çıxarılması prioritetdir.

Bununla belə yeni avadanlıqda, yeni formatda işləyə bilən aşpazların yetişdirilməsinə çalışırıq. Ümumiyyətlə, bu sahənin təkcə mətbəxt anlayışında qalmaması çox mühümdür. Bu, elmdir, bizim milli irsimizdir və hər bir azərbaycanlı bu sahədə xidmət etməlididir. Çünki bu daha çox patriatik sahədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR