Ötən il Azərbaycana Səudiyyə Ərəbistanı və Hindistandan gələnlərin sayı azalıb

Ötən il Azərbaycana Səudiyyə Ərəbistanı və Hindistandan gələnlərin sayı azalıb
# 12 sentyabr 2022 13:39 (UTC +04:00)

Ötən il Səudiyyə Ərəbistanı, Qazaxıstan, Belarus, Hindistan və Özbəkistandan gələnlərin sayında azalma tempi davam edib.

Bu barədə APA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlki illərdə gəlmə sayında əhəmiyyətli paya malik Səudiyyə Ərəbistanı, Qazaxıstan, Belarus, Hindistan və Özbəkistandan gələnlərin sayında azalma tempinin davam etdiyini və bunun nəticəsi olaraq, ilk 15 ölkənin ümumi nəticələrinin əvvəlki illərdən geri qaldığını göstərir.

Qeyd edilməlidir ki, bu ölkələrdən gələnlərin sayında 2020-ci illə müqayisədə müvafiq olaraq 26%, 19%, 5%, 55% və 20% azalma müşahidə edilib ki, bu da ölkələrin əvvəlki illərə nisbətən öz mövqelərini itirməsi ilə nəticələnib. Digər tərəfdən, ən çox əcnəbi gələn ölkələr arasında BƏƏ (+4 pillə), Böyük Britaniya (+4 pillə) və İsrail (+7 pillə) 2020-ci illə müqayisədə öz mövqelərini yaxşılaşdırıb. Həmçinin onu da qeyd etmək lazımdır ki, 2021-ci ildə sözügedən ölkələrdən gələnlərin təxminən 70%-i avqust-dekabr aylarında səyahət məhdudiyyətlərinin aradan qaldırılmasından sonra ölkəyə səfər ediblər. Birinci rüb istisna olmaqla, 2021- ci ilin digər aylarında gələnlərin sayı əvvəlki ilin eyni aylarına nisbətən artım göstərib.

Məlumat üçün qeyd edilməlidir ki, 2021-ci ildə gələnlərin sayında ən yüksək artım ilin son rübündə (xüsusilə oktyabr və dekabr aylarında) qeydə alınıb. Aylıq göstəricilər üzrə isə iyul ayı ən yüksək artım tempinin müşahidə olunduğu ay olmuşdur ki, müvafiq dövrdə ziyarətçilərin sayı əvvəlki ilə nisbətən təxminən 3 dəfə artmışdır.

Ümumi nəticə onu deməyə əsas verir ki, 2021-ci ilin aprel ayından etibarən gələnlərin sayında müəyyən artım müşahidə edilsə də, ölkəyə gələnlərin sayı həm 2020-ci ilin, həm də pandemiyadan əvvəlki dövrün nəticələrindən əhəmiyyətli dərəcədə aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR