Pandemiyadan sonra bu gün Bakıdan Batumiyə ilk uçuş həyata keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Acarıstan Turizm Departamenti məlumat yayıb.
Bildirilib ki, “Buta Airways” tərəfindən həyata keçirilən aviareyslə Azərbaycandan 100-ə yaxın sərnişin Batumiyə gəlib.