PIN Travel şirkəti xəyallarınızı pinləməyə gəlir!

PIN Travel şirkəti xəyallarınızı pinləməyə gəlir!
# 26 oktyabr 2022 11:37 (UTC +04:00)

PIN Travel şirkəti keyfiyyətli və etibarlı xidmət, səyahətə və ölkəmizin turizminə yenilikçi baxış gətirmək məqsədilə fəaliyyətə başlayıb.

APA xəbər verir ki, şirkət müştərilərinə bir çox xidmətlər təklif edir. Bu təkliflərə ölkəxarici sərfəli və luks səyahətlər, ölkədaxili əsrarəngiz guşələrimizdə turlar, təbiət qoynunda müxtəlif konseptli kamplar, dünyanın istənilən istiqamətinə aviabiletlərin satışı daxildir. Müştərilər həmçinin otellərin və sanatoriyaların rezervasiya edilməsini də PIN Travel-ə həvalə edə bilər.

Bütün bunlarla yanaşı şirkət müştərilərinin işlərini rahatlaşdırmaq üçün viza dəstəyi və sığorta xidmətlərini də xidmətləri arasında cəmləşdirib. Habelə təcrübəli mütəxəssislər Şengen, USA və digər ölkələrə viza almaq üçün bütün zəruri sənədləri hazırlamaqda müştərilərə kömək edəcək.

Peşəkar mütəxəssis olan tur menecerlər isə bütün turlara münasib qiymətlər alaraq sizə təklif edir. Buraya həm Avstriya, İtaliya, Fransa, Yunanıstan, Türkiyə, İspaniya, BƏƏ, Hindistan, İsveçrəyə, həm də Bali adası, Keniya, Sentoza, Mavriki, Qoa kimi ekzotik yerlərə müxtəlif qiymətlərdə turlar daxildir. Ölkəmizi kəşf etmək üçün də müxtəlif konseptli turlar təşkil edən PIN Travel sizə xatirələrinizdə pinləyəcəyiniz səyahətlər vəd edir!

PIN Travel *3355 qısa nömrəsi ilə 7/24 xidmətinizdədir. Odur ki, yeniliklərlə dolu PIN Traveli seçməklə, siz də istənilən zaman xatirələrinizi pinləyə bilərsiniz. Şirkətin sloqanında da deyildiyi kimi: “Let’s go, to pin memories!”

Qeyd: Şirkət bütün fəaliyyətlərini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tam rəsmi şəkildə həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR